Haqqımızda



Sizin layneriniz Azərbaycanın paytaxtı qədimliyin və müasirliyin möcüzəli şəkildə qovuşduğu küləklər şəhəri Bakıda yerə enir. Dünyanın ən gözəl hava limanlarından biri olan Heydər Əliyev adına Beynəlxalq hava limanı özünün gözəlliyi və möhtəşəmliyi ilə heyran qoyur. Hava limanından çıxışda sizi şaxələnmiş yollar gözləyir. Sağa dönsəniz sizləri meqapolisin təlaşı, sola dönsəniz- hava limanından 14 km va Bakı şəhərindan 34km aralıda yerləşən şəhər tipli qəsəbə - Mərdəkən gözləyir.

"Bakı və bakılılarsız uzun müddət yaşaya bilmirəm" - rus şairi Sergey Yesenin öz dostlarına etiraf edirdi. O, Azərbaycanda bir neçə dəfə olmuşdur, lakin cənnət məkanı Mərdəkən qəsəbəsi onun hayat va yaradıcılığına xüsusi ilə təsir göstərmişdir. Yeseninin Azarbaycan torpağında ən uzunmüddətli qalması dövrü Abşeron yarimadasında yerləşən bu kurortla əlaqəlidir.

Xəzər dənizi dalğalarının yuduğu Abşeron yarımadası hər şeydan əvvəl özünün qumlu çimərlikləri və çoxsaylı bağ evləri qəsəbələri, eləcə də müasir otelləri,akvaparkları, qəhvəxənə görməli yerləri ilə də cəlbedicidir. "Ataşgah" atış məbədi (XVII-XVIII əsrlər), Nardaran qalası (XIV asr), Mərdəkən qəsəbəsindəki Dairəvi (1232-ci il) və restoranlari ila məşhurdur. Yarımada özünün tarixi Dördbucaqlı (XII asr) qəsrlər, ramana qasəbəsindəki XIV asrin ortalarına aid qəsr və s. diqqəti cəlb edir.
Mülayimliyinə görə unikal iqlimi sayəsində Xəzər dənizi sahili məşhur turizm istiqamətidir. Burada il boyunca istirahət etmək, maydan başlayaraq sentyabr da daxil olmaqla danizdə çimmək va qaralmaq mümkündür. Son illərdə burada xüsusi qulluq edilən çimərlikləri olan müasir otellər tikilmişdir ki, burada rahatlıqla və məmnuniyyətlə istirahət etmək mümkündür.

Abşeron yarımadasının ərazisində subtropik iqlim üstünlük taşkil edir. Mülayim qış və uzunmüddətli isti yay .

Fitobarda siz rahatlana, musiqiyə qulaq asa, rəngarəng Azarbaycan çaylarının dadına baxa, muğamla bir ağızdan samovarın fısıltısına qulaq asa və hətta çayı necə düzgün dəmləmək lazım olduğunu özünüz də sınaqdan çıxara bilərsiniz. 

Mərdəkanı ziyarət etmək üçün dörd səbəb mövcuddur.

Bakılıların Mərdəkana can atmasının birinci səbəbi – möhtəşəm təmiz havasıdır. Buna görə də burada çoxlu sanatoriyalar mövcuddur.

İkinci səbəb Mərdəkan derndrarisi Abşeron yarımadasının ən mənzərəli yeridir. Burada dünyanın müxtəlif ölkələrindən olan ağaclardan, kollardan, sarmaşıqlardan ibarət kolleksiya yığılmışdır. Cəmi 1800-dən çox növ toplanmışdır.Har il dendrariyi 20 mina yaxın insan ziyarət edir ki, onların əksəriyyəti turistlərdir.

Mərdəkana səfər etməyin daha bir səbəbi rus şairi Sergey Yeseninin ev-muzeyini ziyarət etməkdir. Məşhur xuliqan məhz burada "Iran motivləri" şerləri silsiləsini yazmışdır. O, hətta bunu da yazmışdır ki, "Bakısız va bakılılarsız uzun müddət yaşa bilmirəm". Yeri gəlmişkən, şəhərin mərkəzi küçələrindən biri Yeseninin adını daşıyır. Burada şairin yaşadığı ikimərtəbəli bina yerləşir.

Nəhəyət, Mərdəkana səfər etməyin ən başlıca səbəbi – dənizdir. Yerli çimərlik- ilin istənilən fəslində bakılıların ən sevimli istirahət yeridir. Bakılılar Mərdəkanı həm də "dəniz sahili mirvari" də adlandırırlar.

Və qərara gəldik. Hava limanından sola dönürük və on dəqiqə sonra siz Mərdəkandasınız.