MİRAS HOTELƏ XOŞ GƏLMİŞSİNİZ

Sizə dəbdəbəli, özünün gözəlliyini va şərq memarlığı irsinin zərifliyiní qoruyub saxlamış "Miras" otelini tövsiyə edirik.

Qonaqların xidmətinə qulluq edilən bağın kölgəli xiyabanı təqdim edilir; Bütün otaqlar kondisionerlərlə, yastı ekranlı televizorlarla, soyuducu, seyf və məişət texnikası ilə təchiz edilib; Asudə vaxtlarında "Miras" otelinin qonaqları böyük məmnuniyyətlə olduqca gözəl avadanlıqlarla təchiz edilmiş üzgüçülük hovuzunu ziyarət edə, massaj, sualti duş massaji, ayaq vannaları qəbul etməklə rahatlana va məşğələ təlimatçılarının rəhbərliyi altında müalicəvi bədan tərbiyəsi, eləcə də istər zalda, istərsə də açıq havada trenajorlarda məşğul ola bilərlər; Qonaqlar sauna va əsl Azərbaycan hamamını ziyarət etməklə xoş bir təəccüb hissi keçirəcəklər. Burada usta-kisəçilər özlərinin əməlləri haqqında ən xoş xatirələri Sizin yaddaşınıza həkk edəcəkdir Kafe-bar və restoran sizin xidmətinizdədir ki, burada sizi səhərlər səhər yeməyi, günün digər saatlarında isə müxtəlif və zəngin Azarbaycan və Avropa mətbəxindən estetik şəkildə tərtib edilən yeməklər gözləyir. Otelin qonaqları istədikləri zaman mütəxəssis həkimlər –qastroenteroloq , uroloq , nevropatoloqla məsləhətləşə və zərurət halında müvafiq funksional diaqnostika müayinəsindən keçə və sanatoriya-kurort məsləhət və müalicəsini ala bilərlər.. "Miras" otelinə xoş gəlmisiniz!

SİZƏ UYĞUN OTAĞI SEÇİN

Müvafiq otaq növünə klik edin

TƏK NƏFƏRLİK OTAQ
2 NƏFƏRLİK OTAQ